1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Təhsil dialoqu çərçivəsində Azərbaycan-Türkiyə görüşü
07.07.2017 / No25

 
 

 

 


İyulun 4-də Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə təhsil dialoqu çərçivəsində işçi qrupun ilk iclası keçirilib.
İki gün davam edən iclası təhsil naziri Mikayıl Cabbarov açaraq qonaqları salamlayıb, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində təhsil əlaqələrinin inkişafını yüksək qiymətləndirib və əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.
Sonra Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov və Türkiyə milli təhsil nazirinin müavini Orhan Erdemin iştirakı ilə hər iki ölkənin təhsil qurumlarının aidiyyəti sahələri üzrə təmsilçilərinin işçi görüşü olub. Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində münasibətlərin cari vəziyyəti, hüquqi baza və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

yuxarı ⤴