1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Tələbələrin idmana cəlb olunması işi yaxşılaşdırılır
07.07.2017 / No25

 
 

 

 


Təhsil Nazirliyində ali təhsil müəssisələrinin idman klubları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, ali təhsil müəssisələrinin idman klublarının nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.
Müşavirədə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından, bu sahədə nazirlik tərəfindən görülən işlərdən, təhsilalanların sağlamlığının qorunmasında idman və bədən tərbiyəsinin əhəmiyyətindən danışıb. Nazir müavini tələbələrin idmana cəlb olunması işinin yaxşılaşdırılması və digər istiqamətlərdə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Tədbirdə çıxış edən bir sıra idman klublarının rəhbərləri kadr məsələlərindən, il ərzində idmançıların qazandığı uğur və nailiyyətlərdən, həmçinin klublarda olan mövcud vəziyyətdən söz açıb, bu istiqamətdə fəaliyyətin yaxşılaşdırılması ilə bağlı müvafiq təkliflər verib.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

yuxarı ⤴