1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
ADNSU-da təqaüd qazanmış tələbələrlə görüş
07.07.2017 / No25

 
 

 

 


İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramı üzrə təqaüd qazanmış tələbələrlə görüşüb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı Almaniyada təhsillərini davam etdirəcək tələbələrə uğurlar arzulayıb, onların ölkəmizi və universitetimizi layiqincə təmsil edəcəklərinə əmin olduğunu qeyd edib. DAAD proqramının azərbaycanlı tələbələrə Almaniyada təhsil almaq üçün geniş imkanlar yaratdığını deyən rektor tələbə və müəllim mübadiləsi sahəsində, eləcə də ixtisasların akkreditasiyası məsələsində DAAD-ın Bakı bürosu ilə sistemli şəkildə əməkdaşlıq olunmasının vacibliyini vurğulayıb.
“DAAD ilə əməkdaşlıq bizim üçün olduqca əhəmiyyətlidir. Hazırda ixtisasların akkreditasiya olunması bizim üçün çox böyük önəm daşıyır. Bu işdə bizə DAAD-ın Bakı bürosu dəstək olub. Almaniyanın bu işdə böyük təcrübəsi olduğunu nəzərə alsaq, bu ölkə bizim üçün baza rolunu oynaya bilər. Buna görə də biz bu sahədə dayanmadan çalışmalıyıq. Həmçinin, alman tələbələrin ADNSU-da gəlib təhsil almaları bizim üçün yüksək nailiyyət olar”, - deyə professor M.Babanlı bildirib.
DAAD-a ötən illə müqayisədə bu il tələbələrin daha çox maraq göstərdiyini deyən qurumun Bakı bürosunun rəhbəri Ştefani Düfo bu il ümumilikdə ayrılmış 14 təqaüddən 3-nün məhz ADNSU tələbələri tərəfindən qazanılmasını universitetdə aparılan uğurlu tədrislə əlaqələndirib.
M.Babanlı tələbələri bir daha təbrik edərək, onlara tədris müddətində veriləcək tapşırıqları vaxtında yerinə yetirməyi və asudə vaxtlarını səmərəli keçirmələrini tövsiyə edib.
 

yuxarı ⤴