1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Riqa Stokholm İqtisad Məktəbi ilə BMU birgə layihələr həyata keçirəcək
07.07.2017 / No25

 

 

 


Riqa Stokholm İqtisad Məktəbinin rektoru Anders Paalzov və həmin məktəbin departament direktoru Nellija Titova Bakı Mühəndislik Universitetində (BMU) olublar. Görüşün əsas məqsədi olaraq Azərbaycan Riqa Stokholm İqtisad Məktəbinin fəaliyyət istiqamətlərinin və BMU ilə birgə layihələrin həyata keçirilməsidir.

BMU-nun rektoru, professor Havar Məmmədov Azərbaycan təhsilinin inkişafı və Bakı Mühəndislik Universitetinin ixtisasları, maddi-texniki bazası barədə ətraflı məlumat verib. Qeyd edilib ki, BMU-nun inkişafı istiqamətlərindən biri də beynəlxalq əlaqələrinin genişləndirilməsidir. Beynəlxalq təhsil assosiasiyalarına üzv olmaq və universitetlərlə əlaqələrin qurulması üçün işlər aparılır. İngilis dilli təhsilin və müasir standartlara cavab verən təhsil sistemini bilən akademik heyətin olması BMU-nun beynəlxalq əməkdaşlığın qurulmasında üstünlüklərindəndir.

Riqa Stokholm İqtisad Məktəbinin rektoru Anders Paalzov səmimi qəbula görə təşəkkür edib. Bildirib ki, məktəbin əsası 1994-cü ildə İsveç hökumətinin və Latviya Təhsil Nazirliyinin dəstəyi ilə Stokholm İqtisad Məktəbi tərəfindən qoyulub. Məktəbin missiyyası iqtisadiyyat və biznes sahələrində ən müasir, xüsusən də ölkələrin iqtisadi və sosial inkişafına təkan verən təhsili təmin etməkdən ibarətdir. Riqa Stokholm İqtisad Məktəbində ABŞ, Avstraliya, Almaniya, Danimarka, İsveç və başqa ölkələrdən mühazirəçilər çalışır. “Hər ölkədə məktəb açmaq maliyyə və mütəxəssis baxımından asan olmadığı üçün biz istəyirik ki, Azərbaycanda fəaliyyətimizi BMU ilə birgə həyata keçirək. Əsasən NBA və təhsil proqramlarını özündə əks etdirən layihələr həyata keçirək”, - deyə A.Paalzov qeyd edib.

Ölkəmizin tarixi, yerləşdiyi coğrafi ərazinin əhəmiyyəti və ev sahibliyi edilən beynəlxalq tədbirlər və idman oyunları haqqında da fikir mübadiləsi aparılıb. Latviyanın Ali Təhsil və Elm Nazirliyinin aparat rəhbəri və nazirin müşaviri vəzifələrini icra etmiş Nellija Titova ölkəsində Azərbaycanı xüsusən yüksək səviyyəli idman yarışlarının təşkilinə görə tanındığını qeyd edib.
Sonda qonaqlar universiteti gəzib, texnoparkla tanış olublar.

Texnoparkın müdiri Samir Məmmədov həyata keçirdikləri layihələr haqqında qonaqlara geniş məlumat verib.

yuxarı ⤴