1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
ADMİU-nun rektoru beynəlxalq Forumda məruzə edib
07.07.2017 / No25

 
 

 

 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, əməkdar incəsənət xadimi Fərəh Əliyeva Qazaxıstan Milli İncəsənət Universitetində keçirilən İpək yolu ölkələrinin musiqi və incəsənət tədris ocaqlarının “Böyük İpək yolu: Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqələri” II Forumunda iştirak edib.
ADMİU-nun rektoru ilə yanaşı 13 ölkənin ali tədris ocaqları və mədəniyyət müəssisələrinin rəhbərlərinin də qatıldığı forumda ənənəvi milli mədəniyyətin, ali incəsənət təhsil müəssisələrinin təcrübə, musiqi irsinin qorunub saxlanılması, inkişafı və digər məsələlər müzakirə edilib.
Rektor Fərəh Əliyevanın beynəlxalq forumdakı “İncəsənət ali təhsil müəssisələrinin təcrübəsində-musiqi irsinin davamlılığı” mövzusunda məruzəsi böyük maraqla qarşılanıb.
Səfər çərçivəsində F.Əliyeva Qazaxıstan Milli İncəsənət Universiteti ilə yaxından tanış olub, hər iki təhsil ocağı arasında elm və tədqiqat sahəsində müəllim və tələbələrin qarşılıqlı əməkdaşlıq, kadr hazırlığı, təcrübə mübadiləsinin aparılması haqqında müqavilə imzalanıb.
 

yuxarı ⤴