1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Çevik peşə təhsili sisteminin yaradılması prioritet istiqamətlərdəndir
07.07.2017 / No25

 
 

 

 


İyunun 30-da Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda ümumrespublika müşavirəsi keçirilib.
Müşavirədə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, agentliyin əməkdaşları və respublikada fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin müxtəlif regionlarında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri çıxış edərək müəssisələrin mövcud vəziyyəti, tədrisin təşkili və keyfiyyətinin yüksəldilməsi imkanları, müəssisələrin infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, regionlardakı peşə təhsili müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması imkanlarından danışıblar.
“Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin rəhbəri Herman Sonneveld Avropa İttifaqı və Azərbaycan arasında peşə təhsili və təlimi sahəsində əməkdaşlıqdan danışıb, layihənin komponentlərinin uğurlu icrasına ümid etdiyini bildirib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək ölkənin davamlı inkişafının təmin edilməsi məqsədilə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlarda təhsil sahəsinin və onun tərkib hissəsi olan peşə təhsilinin mühüm yer tutduğunu bildirib. Agentliyin direktoru qeyd edib ki, ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir.
Famil Mustafayev peşə təhsili üzrə müvafiq qanunvericiliyin hazırlanması istiqamətində görülən işlərin bu sahənin inkişafına töhfə verəcəyindən, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadr hazırlığını həyata keçirən çevik və bazaryönümlü peşə təhsili sisteminin yaradılmasının vacibliyindən və qarşıda duran vəzifələrdən danışıb.
Tədbirdə peşə təhsilində idarəetmənin təkmilləşdirilməsi, monitorinq, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası, peşəyönümü işi, yeni tədris resurslarının, kurikulumların hazırlanması və tətbiqi, habelə digər məsələlər müzakirə olunub, müəssisə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.
 

yuxarı ⤴