1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
UNEC-də “Strateji Plan”ın icrası təmin edilir
07.07.2017 / No25

 
 

 

 


UNEC-də təhsil nazirinin əmri ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin Strateji Planı (2017-2020-ci illər üçün)”nın yerinə yetirilməsini təmin etmək məqsədilə işgüzar toplantı keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsini təsdiq edib. Buna uyğun olaraq, təhsil nazirinin müvafiq əmri ilə ali təhsil müəssisələrinin qarşısında duran vəzifələr müəyyənləşdirilərək, Təhsil Nazirliyinin Strateji Planı təsdiqlənib. Əmrə əsasən, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirləri vaxtında və keyfiyyətli icra etmək məqsədilə UNEC-in də Strateji Planı hazırlanıb.

Rektor bildirib ki, strateji yol xəritələri təsdiqləndikdən sonra universitetdə ciddi fəallıq müşahidə olunur. UNEC-in 48 professor və alimindən ibarət ekspert qrupu ölkədə baş verən iqtisadi proseslərə operativ münasibət nümayiş etdirir. Ə.Muradov diqqətə çatdırıb ki, strateji yol xəritələrinin əhatə etdiyi sahələrdən UNEC-də təhsil, tədqiqat və innovasiya istiqamətləri prioritet seçilib və strateji plan bu yöndə yeniliklərin tətbiqini nəzərdə tutur. Elmi tədqiqat sahəsində stimullaşdırmanı artırmaq məqsədilə diferensial əməkhaqqı sistemi də təkmilləşdiriləcək. Belə ki, müəllimlərin reytinqi müəyyən edilərkən, onların elmi tədqiqatlarına xüsusi diqqət ayrılacaq. Eyni zamanda, daha bir komissiya yaradılacaq ki, bu komissiya qiymətləndirmə ilə bağlı apelyasiya şikayətlərinə baxacaq. Şəffaflığı təmin etmək məqsədilə komissiyanın qərarları UNEC-in rəsmi saytında interaktiv yerləşdiriləcək, iclaslar isə Facebook vasitəsilə canlı yayımlanacaq.

İnnovasiya ilə bağlı ölkədə ilk dəfə olaraq UNEC-də İnnovativ Biznes İnkubatoru yaradıldığını bildirən rektor “Made in Azerbaijan” layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, yeni tədris ilindən UNEC-də “Startap günləri” keçiriləcək. Sahibkarların maliyyə savadlılığını artırmaq məqsədilə onlarla mütəmadi görüşlər, treninqlər, “dəyirmi masa”lar və seminarlar təşkil olunacaq.

Rektor Ə.Muradov strateji plandan irəli gələn tədbirlərin icrası ilə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib.

yuxarı ⤴