1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
07.07.2017 / No25

 
 

 

 


Fransanın Valenciennes Universitetinin prezidenti Abdelhakim Artiba və xarici əlaqələr şöbəsinin əməkdaşları Bakı Mühəndislik Universitetində (BMU) olub. Görüşün məqsədi BMU ilə əməkdaşlığın qurulması olub.

Qonaqları qəbul edən universitetin rektoru, professor Havar Məmmədov Bakı Mühəndislik Universitetinin akademik heyəti, maddi-texniki bazası, elmi potensialı və müasir mühəndislik ixtisasları barədə ətraflı məlumat verib. Yeni yaranmasına baxmayaraq ali təhsil ocağında müasir standartlara cavab verən elektron universitet sistemi tətbiq olunur, ingilis dilində təhsil verilir. Eyni zamanda universitetin iş dünyası və xarici universitetlərlə əlaqələri yüksək səviyyədə qurulub. TEMPUS, Erasmus və Mövlana kimi mübadilə proqramları vasitəsi ilə tələbə və müəllimlər xarici universitetlərə gedirlər.

Səmimi qəbula görə təşəkkür edən Valenciennes Universitetinin prezidenti, professor Abdelhakim Artiba bildirib ki, rəhbərlik etdiyi universitetdə texniki və humanitar ixtisaslar üzrə təhsil verilir. Əsasən tibbi əlillər üçün avadanlıqlar üzrə elmi araşdırmaların da aparıldığı universitetdə 65 müxtəlif ölkədən 1200 tələbə təhsil alır. Fransa universitetindən gələn heyət BMU-nun laboratoriyalarında olduğunu və onlarda bu ali məktəb haqqında yüksək təəssürat yarandığını qeyd edib.

İki universitet arasında müəllim və tələbə mübadiləsini, magistrlər üçün ikili diplomu və birgə elmi konfransların keçirilməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.

yuxarı ⤴