1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
AzTU-da qəbul 89 faiz yerinə yetirilib
07.07.2017 / No25

 
 

 

 


Azərbaycan Texniki Universitetində (AzTU) 2017-2018-ci tədris ili üçün magistr qəbulu 89 faiz yerinə yetirilib. Bu sözləri AzTU-nun ənənəvi Elmi Şurasında universitetin rektor əvəzi Xalıq Yahudov deyib.

Rektor əvəzi bildirib ki, AzTU-da 2017-2018-ci tədris ili üçün 404 nəfər magistr qəbulu planlaşdırılıb. Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanlarından müvəffəqiyyətlə keçənlərdən 357 nəfəri AzTU-nu seçərək universitetin magistrantı adını qazanıb.

Xalıq Yahudov builki qəbulu yüksək qiymətləndirərək bildirib ki, magistratura səviyyəsinə qəbulun ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artması bu sahədə aparılan işin nəticəsidir. Qeyd edilib ki, qəbul nəticəsini yüksəltmək məqsədi ilə universitetdə tələbələr üçün ödənişsiz hazırlıq kursları təşkil olunub. Kurslarda tələbələrin iştirakının mütəşəkkilliyini təmin etməklə yanaşı mütəmadi olaraq biliyin qiymətləndirilməsi üçün sınaq imtahanları da keçirilib.
 

yuxarı ⤴