1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
07.07.2017 / No25

 
 

 

 


Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1 və 13.5-ci bəndlərini rəhbər tutaraq


ƏMR EDİRƏM:


1. Uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2017-2018-ci dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilsin (1, 2 və 3 nömrəli əlavələr).
2. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
 


Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
4 iyul 2017-ci il


Əlavə:

1. 2017-2018-ci dərs ili üçün ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilin nümunəvi tədris planı
2. 2017-2018-ci dərs ili üçün ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilin nümunəvi tədris planı
3. Tədris planına dair qeydlər

yuxarı ⤴