1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





NLP təhsil texnologiyası kimi
07.07.2017 / No25

 
 

 

 


Şakir CƏFƏROV

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və yaş fiziologiyası şöbəsinin təşkilatçılığı ilə “NLP təhsil texnologiyası kimi” adlı “dəyirmi masa” keçirilib.

Tədbirdə ADPU-nun, Təhsil İnstitutunun əməkdaşları, təhsil ekspertləri və başqa qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov qeyd edib ki, təhsil sisteminin inkişafını təmin etmək üçün təhsilin bütün pillələrində qabaqcıl təcrübələrdən və innovativ təşəbbüslərdən istifadə son dərəcə zəruridir və bu işdə təhsil müəssisələrinin qarşılıqlı səmərəli əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlığa nümunə kimi Təhsil İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə həyata keçirdiyi bir sıra maraqlı tədbirləri göstərmək olar.

Tədbirin moderatoru Faiq Şahbazlı əvvəlcə Təhsil İnstitutunun kollektivi adından ADPU-nun rektoru Cəfər Cəfərova institutun təşəbbüslərini dəstəklədiyi üçün təşəkkürünü bildirib. O, təhsildə qabaqcıl texnologiyalardan istifadə olunmasının mühüm məsələ olduğunu qeyd edib və bununla bağlı Təhsil Nazirliyinin, təhsil tədqiqatçılarının dünya təcrübəsinə tez-tez müraciət etdiyini söyləyib.

Psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov “NLP təhsil texnologiyası kimi” mövzusunda ətraflı təqdimat edib.

Müzakirə zamanı təhsil ekspertləri Məlahət Mürşüdlü, Etibar Əliyev və başqalarının çıxışları olub.

Tədbiri yekunlaşdıran Təhsil İnstitutunun direktor müavini Faiq Şahbazlı qeyd edib ki, yenilik və fərqliliklər cəmiyyətdə tərəddüdlə qarşılansa da, təhsil işçiləri təhsilimizin inkişafı naminə dünya təcrübəsində özünü doğrultmuş pedaqoji innovasiyalardan istifadəyə həvəs göstərməlidir: “Bugünkü müzakirələrdən belə qənaətə gəlmək olar ki, NLP (Neyrolinqvistik proqramlaşdırma) təlim metodlarının təkmilləşdirilməsi üçün geniş potensiala malikdir”. Tədbiri faydalı və məhsuldar qiymətləndirən Faiq Şahbazlı bir daha Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.
 

yuxarı ⤴