1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Məhəllələrarası mini-futbol turniri
07.07.2017 / No25

 

 

 


İyunun 30-da Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunu keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2006-2007-ci illər təvəllüdlü uşaqlar arasında keçirilən turnirin oyunları Yasamal rayonu 21 nömrəli tam orta məktəbin futbol meydançasında baş tutub.

Yarışmada I yeri “Spartak”, II yeri “Yasamal”, III yeri isə “Xəzər” komandası tutub. Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov çıxış edərək futbolun inkişafında, xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildiriblər.

Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kubokla təltif olunublar.

Rəşad ZİYADOV
 

yuxarı ⤴