1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Vətən üçün layiqli şəxsiyyətlər yetişdirməyə borcluyuq”
07.07.2017 / No25

 

 

 


Nərgiz VƏLİYEVA: “Müəllim adını daşıyan hər kəs bu yükü şərəflə daşımalıdır”

Növbəti müsahibimiz Zaqatala rayonu Uzuntala kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Nərgiz Vəliyevadır. O, 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunu bitirib. İxtisasını ürəkdən sevən gənc müəllimlə işlədiyi məktəbdə görüşüb həmsöhbət olduq.

- Nərgiz xanım, müəllim olmağa nə vaxt qərar vermisiniz?
- Uşaq yaşlarımdan bu peşəyə böyük arzu və həvəsim olsa da, əslində müəllimliyi seçməyimdə orta məktəb müəllimlərimin rolu böyük olub.

- İşə qəbul olanda hansısa problemlərlə qarşılaşdınızmı?
- Xeyr. Azərbaycan Müəllimlər İnstitutunu bitirdikdən sonra 2014-cü ildə imtahanda 32 bal toplayaraq Zaqatala rayonu Uzuntala kənd tam orta məktəbində əmək fəaliyyətinə başlamışam. İlk gündən peşəmə bağlanmışam.

- Bəs ilk dərs gününü necə xatırlayırsınız?
-Bəli. İlk dərsim maraqlı keçdi. Şagirdlərlə, kollektivlə yaxından tanış oldum. Amma hər dəfə sinfə daxil olanda həyəcan hissi keçirirdim, bu, əslində, üzərimə düşən məsuliyyət hissi ilə bağlı idi. Axı biz müəllimlər vətən üçün layiqli şəxsiyyətlər yetişdirməyə borcluyuq. Bir də müəllim adını daşıyan hər bir kəs çiyninə düşən yükü daim şərəflə daşımalıdır. Həm də müəllim çox səbirli, təmkinli və qayğıkeş olmalıdır.

- Kollektivin sizə münasibəti necədir?
- İlk gündən mənə münasibətləri çox yaxşıdır. Pedaqoji fəaliyyətimdə hansısa çətinliklərlə qarşılaşanda təcrübəli müəllimlər mənə yardımçı olurlar.

- Bu gün müəllim olmaq istəyənlərə nə deyərdiniz?
- Kimdəsə müəllim olmaq istəyi yoxdursa, qoy bu peşəni seçməsinlər. Çünki müəllim şagirdin öyrənməsi üçün bütün imkanlardan istifadə və bütün varlığı ilə həyatını dərs dediyi şagirdlərin təlim-tərbiyəsinə həsr etməlidir. Nəticədə şagirdlər də öz müəllimlərinin diqqət və qayğısını daim hiss etməlidirlər.

Vüsalə BƏDƏLOVA,
Zaqatala Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi
 

yuxarı ⤴