1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Şəxsiyyətin inkişafında müəllim-valideyn münasibətləri”
07.07.2017 / No25

 
 

 

 


Abşeron rayonu Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə “Təlim-tərbiyə prosesində müəllim-valideyn əməkdaşlığına dəstək” layihəsi çərçivəsində seminar keçirilib. “Şəxsiyyətin inkişafında müəllim-valideyn münasibətləri” mövzusunda keçirilən seminar Azad Müəllimlər İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Seminarda Xırdalan şəhər məktəblərinin bir qrup müəllimi və valideynlər iştirak ediblər.

Seminarın keçirilməsində əsas məqsəd iştirakçıları kurikulum proqramında müəllim-valideyn münasibətləri, şagirdin inkişafında müəllim-valideyn əməkdaşlığı mövzusunda maarifləndirmək olub.

Seminar müzakirə şəklində təşkil olunub. Sonda müəllimləri maraqlandıran suallar təlimçi-psixoloq tərəfindən cavablardırılıb.

Aysel TAHİROVA,
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴