1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Qax məktəblilərinin müsabiqə sevinci
07.07.2017 / No25

 
 

 

 


Bakı şəhərində keçirilmiş III Respublika fənn müsabiqələrinin final mərhələsində Qax rayonu fizika, riyaziyyat və informatika fənləri üzrə 20 məktəbli ilə təmsil olunub.
Ölkənin bütün bölgələrindən olan şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirdiyi müsabiqədə məktəblilərə test və açıq tipli tapşırıqların cavablandırılması üçün 2 saat vaxt verilib.
Müsabiqənin nəticələrinə əsasən Turaclı kənd tam orta məktəbinin VII sinif şagirdi Şəbnəm Məmmədli 38 balla I yer, şəhər 5 nömrəli tam orta məktəbin VII sinif şagirdi Günəş Əlizadə biologiya fənni üzrə 80 balla II yer, Qaxbaş kənd 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Rasim İbrahimov fizika fənni üzrə 45 balla III yeri tutublar. Qax məktəbliləri həmçinin komanda hesabında da respublika üzrə II yerin sahibi olublar.

Günay MAHMUDOVA,
Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs

yuxarı ⤴