1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Məhəllələrarası mini-futbol turnirinin final oyunu keçirilib
09.07.2016/№26

 

 

 


Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunu keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2005-2006-cı illər təvəllüdlü uşaqlar arasında təşkil olunan turnirin oyunları Yasamal rayonu Haqverdiyev küçəsi 577-ci məhəllədə yerləşən mini-futbol meydançasında keçirilib.
Yarışda I yeri Olimp komandası, II yeri Qarabağ komandası, III yeri isə Araz komandası tutub. Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildiriblər.
Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kubokla təltif olunublar.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”



 

yuxarı ⤴