1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Sənaye kollecə gəlir
14.07.2017 / No26

 

 

 


Bakı İdarəetmə və Texnologiya Kolleci ilə “BİTKol+OM” MMC arasında müqavilə imzalanıb

Bakı İdarəetmə və Texnologiya Kolleci (BİTKol) ilə “BİTKol+OM” MMC arasında birgə fəaliyyət haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, tərəflər təhsil, texnologiya və bədən tərbiyəsi üzrə birgə proqramların təşkili, yeni texnologiyaların tətbiqi və müxtəlif layihələrin hazırlanması işlərində əməkdaşlıq edəcəklər.

İmzalanma mərasimində çıxış edən BİTKol-un direktoru Varis Allahverdiyev bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində əyani şöbədə 1649, qiyabi şöbədə 207 tələbə təhsil alır. Onlardan 835 nəfər dövlət hesabına, digərləri ödənişli əsaslarla oxuyur. Ümumilikdə 22 ixtisas üzrə kadr hazırlanır, 14 ixtisas üzrə qəbul aparılır. Tədris həm rus, həm də Azərbaycan dilində həyata keçirilir.

Kollecdə keyfiyyətli təhsillə yanaşı, maddi-texniki bazanın gücləndirilməsi, əməkdaşların sosial şəraitinin daha da yaxşılaşdırılmasının əsas məqsədlərdən olduğunu vurğulayan direktor birgə fəaliyyət formatının seçilməsinin də məhz bu niyyətə xidmət etdiyini bildirib: “İrəli sürdüyümüz təhsil, təcrübə və texnologiya devizinə uyğun olaraq, tədrisi günün tələbləri səviyyəsində qururuq. Bununla bərabər, tələbələrimizə təcrübəni də qazandırmağı, yerindəcə öyrətməyi, müxtəlif ixtisaslar üzrə baza yaratmağı planlaşdırırıq. İnformasiya texnologiyaları, zərgərlik və bəzək əşyalarının hazırlanması ixtisasları üzrə kollecin bazası yaxşı səviyyədədir. Geyimlərin modernləşdirilməsi ilə bağlı emalatxanamız var. Bu il kollecə verilən “Poliqrafiya istehsalının texnologiyası” sahəsində də tam bazanı yarada bilmişik. Mübadilə istisna olmaqla, bu sahə üzrə bütün proseslər kollecin poliqrafiya bazasında həyata keçiriləcək. İndi əsas məqsədimiz kollecdəki bütün ixtisaslar üzrə bu cür baza yaratmaqdır. Yəni, tələbə kollecdə təhsil aldığı müddətdə ixtisası çərçivəsində bütün bilik və bacarıqlara, təcrübəyə yiyələnməli, peşəkar kadr kimi yetişməlidir”.

“BİTKol+OM” MMC-nin direktoru Oqtay İmaməliyev də əminliklə söyləyib ki, birgə müəssisə tələbələrin təcrübəsinin artırılmasına, peşəkar kadrların hazırlanmasına, gələcəkdə onların işlə təmin olunmasına xidmət edəcək.

Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov mümkün normativ-hüquqi sənədlər, qanunvericilik çərçivəsində orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinə müəyyən sərbəstliklərin verilməsi imkanının yaradılmasından danışaraq deyib ki, bu işlərin miqyası çox geniş olduğundan, gələcəkdə təkcə birgə fəaliyyətin deyil, orta ixtisas məktəbləri ilə sənaye müəssisələrinin də birgə fəaliyyətinin şahidi olacağıq: “Hər hansı təhsil müəssisəsinə müəyyən sərbəstliyin verilməsi onun məsuliyyətini daha da artırır. Ali təhsil müəssisələrinin gəlirləri yalnız tələbələrin təhsil haqqından ibarət olmadığı kimi, orta ixtisas təhsili müəssisələri də maliyyə mənbələrini dayanıqlı etmək istiqamətində fəaliyyət ortaya qoymalıdırlar. Bu mənada, artıq kolleclərin dünənki missiyası başa çatıb. Orta ixtisas təhsili müəssisələri yeni imkanlar, maliyyə mənbələri axtarmalı, öz maliyyə durumunu yaxşılaşdırmalıdırlar. Hazırda imzalanma mərasiminə toplaşdığımız birgə fəaliyyət haqqında müqavilə də bu kontekstdə atılan uğurlu addımdır. Birgə fəaliyyətin yaradılması kollecdə təhsilin keyfiyyətini yaxşılaşdırmaqla bərabər, istehsalatla, əmək bazarı ilə əlaqə yaradır, sənayeni kollecə gətirir. Burada təhsil alan tələbə gələcəkdə iş axtarmayacaq, birbaşa işə götürüləcək. Bununla da kollec öz tələbəsini peşəkar kadr kimi hazırlamaqla yanaşı, onu işlə də təmin etmiş olacaq. Düşünürəm ki, belə layihələr davamlı olacaq”.



 

yuxarı ⤴