1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Şəffaf və obyektiv seçim
14.07.2017 / No26

 
 

 

 


Rumiyyə Camalova: “Müasir dünyanın tələb etdiyi eko-insanın formalaşması prosesində öz töhfəmi verəcəyəm”

Niyazi RƏHİMOV

Son illər ölkənin təhsil sahəsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bu baxımdan ali təhsil müəssisələrindəki kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqələr aktuallıq kəsb edir. Keçirilən bu müsabiqələrin bir neçə mərhələdən ibarət olması, müsabiqələrdə “acıq dərs”lərin təşkili və digər məsələlər sübut edir ki, bu metodun tətbiqi ali təhsil müəssisələrində keyfiyyətli kadr potensialının artırılmasına və seçim prosesində şəffaflığın təmin olunmasına imkan yaradıb.

Bu il ilk dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetində də təşkil olunan müsabiqədə iştirak edənlər vakant yerlərə seçimlərin obyektiv və şəffaf keçirildiyini deyirlər. Kimya müəllimi Rumiyyə Camalova bizimlə söhbətində bildirib ki, ADPU-da yaradılan sağlam və şəffaf mühit, özünəinam onu müsabiqədə iştirak etməyə sövq edib: “ADPU-ya professor-müəllim heyətinin seçimi ilə əlaqədar müsabiqəyə sənədlərimi təqdim etməyim universitetdə aparılan məqsədyönlü və müasir dövrün tələblərinə cavab verən islahatlarla bağlı oldu. Bundan başqa özümə inam, 13 ildən çox pedaqoji təcrübəm, təhsil sahəsindəki uğurlu fəaliyyətim bu müsabiqəyə qatılmağıma əlavə stimul idi. Sənədlərim müsabiqənin I mərhələsindən keçdikdən sonra səbirsizliklə II mərhələni gözlədim. II mərhələdə məlum olduğu kimi müəllimlər təklif olunan mövzulardan biri üzrə “açıq dərs”lər keçməli idilər. Mən də öz bacarığımı göstərmək üçün dəvət aldım, “Silisium və onun birləşmələrinə dair təcrübələrin aparılması metodikası” mövzusunda III kurs tələbələri üçün “açıq dərs” keçdim. Qeyd edim ki, kimya dərslikləri üzrə ekspertlik fəaliyyətim, müasir texnologiyalara həssaslığım və kommunikativ qabiliyyətlərim, kurikulumlar, PİSA qiymətləndirməsi istiqamətində uzun illər təlimçilik fəaliyyətim dərsimin uğurlu alınmasında xüsusi önəm daşıdı. Dərsin sonunda tələbələrlə məmnunluq sorğusu keçirdim və onların bir saatlıq dərs haqqında söylədikləri dərsi dinləyənləri razı saldı. Dərsimi dinləyən ekspertlərin müsbət rəyləri nəticəsində məzunu olduğum doğma universitetimdə müəllim işləmək hüququ qazandım”.

Təhsil aldığı universitetdə müəllim vəzifəsində çalışmağı həmişə arzuladığını bildirən R.Camalova xəyallarına qovuşduğu üçün sevincli olduğunu söyləyir: “Sevincimi sözlə ifadə etmək çox çətindir. Şəffaf və obyektiv şəraiti bizə yaratdıqları üçün universitet rəhbərliyinə və kollektivinə xüsusi təşəkkürümü bildirirəm. Əmin edirəm ki, mənə göstərilən etimadı doğruldacağam və müasir dünyanın tələb etdiyi eko-insanın formalaşması prosesində öz töhfəmi verəcəyəm”.
 

yuxarı ⤴