1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

“Qızıl medal almağı qarşıma məqsəd qoymuşdum”
14.07.2017 / No26

 
 

 

 


Ağstafa rayon Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin məzunu İmran Məmmədov Təhsil Nazirliyi tərəfindən “Qızıl medal”la təltif edilib. Bu münasibətlə Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbdə iclas keçirilib. İclasda təhsil şöbəsinin məsul şəxsləri, məktəbin pedaqoji kollektivi iştirak edib.

İ.Məmmədov respublika fənn olimpiadasında coğrafiya fənnindən birinci yeri tutduğna görə mükafatlandırılıb. O, dəfələrlə rayonun müxtəlif bilik yarışlarında diplom və fəxri fərmana layiq görülüb.

İmran Məmmədov: “Mən Təhsil Nazirliyi tərəfindən “Qızıl medal”a layiq görüldüyümü biləndə çox sevindim. Bu elə bir hissdir ki, sözlə ifadə etmək mümkün deyil. Bu hissi yaşamaq lazımdır. Hissi yaşaya bilmək üçünsə, ancaq və ancaq oxumaq lazımdır. Həyatda çətin heç nə yoxdur. Məndə uşaqlıqdan coğrafiya fənninə maraq yüksək olub. Həmişə bu sahədə biliyimi artırmağa çalışmışam, boş zamanlarımda coğrafi məlumatlar toplamışam. Olimpiadada iştirak edərkən “Qızıl medal” almağı qarşıma məqsəd qoymuşdum və mən məqsədimə çatdım. Həmyaşıdlarıma da tövsiyə edirəm ki, həyatda mütləq məqsədləri olsun. Mən əldə etdiyim uğurlara görə müəllimlərimə, istedadlı şagirdlərə göstərdiyi dəstəyə görə isə Təhsil Nazirliyinə xüsusi təşəkkürümü bildiriəm”.
Qeyd edək ki, İmran Məmmədov ötən ilin məzunudur və 683 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.

Nəcibə VƏLİYEVA,
Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴