1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Şagirdlər üçün “Əylən və öyrən” adlı yay məktəbi təşkil edilib
14.07.2017 / No26

 
 

 

 


Şəmkir Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə məktəblilər üçün “Əylən və Öyrən” adlı yay məktəbi təşkil edilib.

Yay məktəbinin təşkil olunmasının əsas məqsədi yay tətili günlərində şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaq, onlara müxtəlif mövzularda bilik və təcrübələrini artırmaqda kömək etmək, kollektivdə çalışıb özünü təqdimetmə və ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək üçün imkan yaratmaqdan ibarətdir.

“Əylən və Öyrən” yay məktəbinin iştirakçıları üçün “Liderlik”, “Könüllülük”, “Uğur qazanmanın sirri”, “Mən və mənim gələcək peşəm”, “Motivasiya”, “Natiqlik” və “Etiket-davanışlar” mövzularında təlimlər keçiriləcək. Təlimlər zamanı proqrama uyğun olaraq məktəblilər üçün tanışlıq və “Davinçinin şifrəsi” adlı oyunların oynanılması planlaşdırılıb.

Bundan əlavə, müxtəlif mövzular üzrə dəvət olunan qonaq spikerlər tərəfindən müzakirələr aparılacaq, praktiki məşğələlər keçiriləcək.

“Yay məktəbi” çərçivəsində təlimlərin Şəmkir rayon Çənlibel kəndində açıq havada, təbiət qoynunda keçirilməsi nəzərdə tutulub.

Təlimlər iyulun 15-dən başlanacaq.

Təlimlərdə rayonun ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri işitrak edəcək.

Kənan İBRAHİMOV,
Şəmkir Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴