1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


SABAH qruplarının tələbələri “Azercell”də təcrübə keçirlər
14.07.2017 / No26

 
 

 

 


Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində 10 nəfər SABAH tələbəsi “Azercell Telekom” şirkətinin yay təcrübə proqramında iştirak etmək haqqını qazanıb.

Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universitetinin SABAH qruplarında təhsil alan tələbələr ixtisas sahələri istiqamətində 2 ay müddətində şirkətdə təcrübə keçəcəklər.Təcrübə dövründə tələbələr onlar üçün hazırlanmış proqrama əsasən, mentorlarla birgə işləyəcək və öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı əldə edəcəklər.

Təcrübə proqramının ilk günü keçirilmiş görüşdə “Azercell” şirkətinin əməkdaşları, təcrübəçilərin gələcək mentorları, həmçinin SABAH qruplarının nümayəndələri də iştirak edib. Görüşün məqsədi tələbələrə təcrübə proqramı və planlarını nümayiş etdirmək, gələcək karyeralarında uğur qazanmaq üçün müəyyən tövsiyələr vermək olub.
 

yuxarı ⤴