1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Yüksək ixtisaslı kadrların hazırlanması dövrün tələbidir
14.07.2017 / No26

 
 

 

 


Rafiq İSGƏNDƏROV,
Azərbaycan Texniki Universitetinin dosenti

Respublika rəhbərliyinin xüsusi önəm verdiyi sahələr içərisində təhsil və elm özünün inkişaf istiqamətləri ilə diqqəti cəlb edir. Ölkənin strateji inkişafını təmin, qloballaşan dünya proseslərini yüksək səviyyədə dərk edən ixtisaslı gənclərin hazırlanması bu gün ali təhsilin qarşısında duran əsas hədəfdir. Xalq təsərrüfatı sahələrinin yerli və yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasında son illərdə təhsil sahəsində həyata keçirilən islahatlar və kadr hazırlığına dövlət mənafeləri baxımından yanaşma öz müsbət nəticələrini verməkdədir. Ölkə daxilində və xarici ölkələrin təhsil müəssisələrində yüksək ixtisaslı kadrların hazırlanması və onların daimi iş yerləri ilə təmin edilməsi dövlət əhəmiyyətli tədbirlərin tərkib hissəsini təşkil edir. Bu istiqamətdə təhsil müəssisələrinin potensialından istifadə etməklə orta və ali məktəblərdə illərlə toplanmış pedaqoji təcrübənin gənclərə ötürülməsi vacibdir. Eyni zamanda təhsil müəssisələrinə müasir texnoloji-kommunikasiya, istehsalat-təsərrüfat, iqtisadi-sosial və elm sahələrində innovasiyaları müstəqil surətdə tətbiq etmək qabiliyyətinə malik gənc kadrların hazırlanması tələb olunur.

Son illərdə tarazlı inkişaf strategiyasına müvafiq olaraq regionların inkişaf etdirilməsində yüksək ixtisaslı və peşəkar kadrlara tələbatın artmasını nəzərə alaraq orta ixtisas və ali tədris müəssisələrində xalq təsərrüfatı sahələri üçün müxtəlif mühəndis ixtisaslarında, xüsusən də aqronom, turizm, qeyri-neft sektoru müəssisələri üçün mütəxəssislərin hazırlanmasına önəm verilir. Dövlət ali təhsil müəssisələrinin sayında 2010-cu ilə nisbətən son illərdə artım baş verməklə, həmin istiqamətdə hazırlanan tələbələrin sayı 1,3 dəfə artaraq 2015-2016-cı tədris ilində 161234 nəfər təşkil etmişdir. Dövlət ali təhsil müəssisələrinin sayının 36-dan 41-ə yüksəldilməsi, ölkənin iqtisadi qüdrətinin artması nəticəsində özəl təhsilə maraq azalmışdır. Ölkənin dövlət ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 1,2 dəfə artmaqla, bütün tələbə heyətinin 84%-ni təşkil edir.

Respublikada təhsil sisteminin ilkin mərhələsi sayılan məktəbəqədər təhsil ocaqları əhəmiyyətli dərəcədə inkişaf etməklə 2010-cu ilə nisbətən 1,2 dəfə artaraq hazırda 1750 təşkil edir. Vətəndaşların iqtisadi-sosial güzəranının yüksəlməsi sayəsində dövlət tabeli məktəbəqədər təhsil müəssisələrinin artımı 13% təşkil etdiyi halda, qeyri-dövlət (özəl) təhsil-tərbiyə müəssisələrində 3,7 dəfədən çox olmuşdur.

Məktəbəqədər təhsil ocaqlarında uşaqların sayında azalma, qeyri-dövlət məktəbəqədər təhsil qurumlarında isə 3 faiz artım müşahidə olunmasına baxmayaraq, uşaqların mütləq əksəriyyəti - 99%-i dövlət büdcəsi hesabına maliyyələşən təhsil müəssisələrinə gedir.

Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin kifayət qədər inkişaf etməsi müxtəlif sosial-psixoloji amillərin mövcud olması ilə əlaqədardır. Bir yaşından beş yaşına qədər uşaqların məktəbəqədər təhsil müəssisələri ilə təmin olunması 2010-cu ilə nisbətən 2015-ci ildə 3,2 % azalmaqla 14,2% təşkil etmişdir. Əyani ümumi təhsil müəssisələrinin sayında bu illər ərzində azalma 57 vahid olmaqla, bu tipli təhsil ocaqlarının sayı 2014-2015-ci tədris ilində 4475 məktəb olub.

Ölkə miqyasında bakalavr və magistrlərin hazırlanması ilə məşğul olan 41 dövlət və 13 qeyri-dövlət təhsil ocağında oxuyanların sayı 161234 nəfər olmaqla, onların 51,2%-ni oğlanlar, 48,8 %-ni isə qızlar təşkil edir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi təhsil sistemində əhəmiyyətli irəliləyişə səbəb olmuşdur. Hazırda dünyanın 60-dan çox ölkəsindən 3425 gənc oğlan və qız Azərbaycan Respublikasının təhsil ocaqlarında nəzəri-təcrübi biliklərini artırır.
Təhsilə ayrılmış vəsait də ildən-ilə artır. Bu baxımdan 2017-ci ilin dövlət büdcəsinin “sosial xərclər” bölməsində təhsil xərcləri xüsusilə diqqəti cəlb edir. Belə ki, 2017-ci ildə təkcə təhsil sahəsinə 1milyard 736 milyon 52 min 890 manat ayrılması nəzərdə tutulub. Təhsil üçün ayrılması nəzərdə tutulan xərclərin 137 milyon 786 min 562 manatı məktəbəqədər təhsil, 933 milyon 517 min 278 manatı ümumi təhsil, 23 milyon 58 min 384 manatı ilk peşə-ixtisas təhsili, 42 milyon 887 min 794 manatı orta ixtisas təhsili, 41 milyon 383 min 900 manatı ali təhsil, 3 milyon 780 min manatı isə digər təhsil formalarının reallaşdırılmasına sərf olunacaq.
 

yuxarı ⤴