1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Rəsmi xronika
14.07.2017 / No26

 

 

 


* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də S.A.İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev iyulun 12-də “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 718-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı İlham Əliyev iyulun 12-də Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

* İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

* Prezident İlham Əliyev iyulun 12-də Monteneqronun Prezidenti Filip Vuyanoviçə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

* Dövlət başçısı İlham Əliyev iyulun 11-də Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev iyulun 11-də Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqaya bu vəzifəyə seçilməsi münasibətilə təbrik məktubu göndərib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovu və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovu qəbul edib.

* İstanbulun ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresi çərçivəsində iyulun 10-da prezidentlərin tədbiri keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

* İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşüb. Həmin gün Prezident İlham Əliyev, 22-ci Dünya Neft Konqresində iştirak edən dövlət və hökumət başçıları arasında qısa söhbət olub.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün 9-10 iyul 2017-ci il tarixlərində Türkiyə Respublikasında səfərdə olub. Səfər çərçivəsində iyulun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb, birgə şam ediblər.

* Prezident İlham Əliyev iyulun 7-də Sabirabad rayonunun Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 

yuxarı ⤴