1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Rəsmi xronika
21.07.2017 / No27

 

 

 


* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də F.S.Hacıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də A.İ.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı İlham Əliyev iyulun 19-da Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev iyulun 19-da kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

* Dövlət başçısı İlham Əliyev iyulun 18-də Belçikalıların Kralı Əlahəzrət Filipə Belçika Krallığının milli bayramı - Kralın Andiçmə Günü münasibətilə təbrik məktubu göndərib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Dövlət başçısı İlham Əliyev iyulun 17-də T.H.Məmmədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-18-də Latviya Respublikasında rəsmi səfərdə olub. İyulun 17-də Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Raymonds Veyonisin təkbətək və nümayəndə heyətinin iştirakı ilə geniş tərkibdə görüşləri olub. Azərbaycan-Latviya sənədləri imzalanıb. Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Həmin gün prezidentlər Riqa şəhərindəki “Azadlıq” abidəsini ziyarət ediblər. İyulun 17-də Riqada Latviya-Azərbaycan biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonis biznes forumun açılış mərasimində iştirak ediblər. Səfər çərçivəsində iyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Seymində olub.


 

yuxarı ⤴