1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Dünyanın ən gənc universitetləri
21.07.2017 / No27

 

 

 


Quacquarelli Symonds növbəti reytinqi açıqlayıb

Oruc MUSTAFAYEV

Böyük Britaniyanın təhsil sahəsində ixtisaslaşmış Quacquarelli Symonds (QS) agentliyi 2017-2018-ci illər üzrə dünyanın yaşı 50-dən çox olmayan ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini açıqlayıb. Öz ölkələrində 50 il əvvəl yaradılmış ən gənc universitetlərin reytinq cədvəlinə fasiləsiz olaraq Sinqapurun Nanyanq Texnologiya Universiteti başçılıq edir. İlk 10-luqda Honkonq Elm və Texnologiya Universiteti, Cənubi Koreya Qabaqcıl Elm və Texnologiyalar İnstitutu (KAIST), Honkonq Şəhər Universiteti, Cənubi Koreyanın Pohanq Elm və Texnologiyalar Universiteti, Honkonq Politexnik Universiteti (Honkonq), Aalto Universiteti (Finlandiya), Sidney Texnologiya Universiteti (Avstraliya), Paris Centrale Supelec Universiteti (Fransa), Madrid Muxtar Universiteti (İspaniya) yer alıblar.

Bütövlükdə 100 ali məktəbin təmsil olunduğu beynəlxalq sıralamada Asiya universitetləri üstün mövqeyə malikdir. Türkiyə sıralamada 3 ali məktəblə - Bilkənt, Koç və Sabançı universitetləri ilə təmsil olunub. Reytinqə postsovet ölkələrindən yalnız Qazaxıstanın L.Qumilyov adına Avrasiya Milli Universiteti (35-ci yer) və Rusiyanın Elmi-Tədqiqat Ali İqtisadiyyat Məktəbi (48-ci yer) daxil ola bilib. Sıralamada Avstraliya 16 universitetlə təmsil olunub.
Xatırladaq ki, QS 2012-ci ildən dünyanın ən “gənc” universitetlərinin reytinq sıralamasını tərtib edir. Reytinqin məqsədi ali təhsil məkanında ənənəvi rəqiblərlə rəqabətə girməkdən çəkinməyən gənc, dinamik ali məktəblərin inkişaf dinamikasını izləməkdir.

Reytinq tərtib olunarkən universitetlər 6 kriteriya üzrə qiymətləndirilib. Onların arasında ali məktəblərin akademik mühitdə nüfuzu (40%), işə götürənlər tərəfindən qiymətləndirmə (10%), müəllimlərin və tələbələrin elmi işlərindən sitatgətirilmə (20%), əcnəbi müəllimlərin sayı (5 faiz), əcnəbi tələbələrin sayı (5 faiz) kimi amillər nəzərə alınır. Reytinqlə daha ətraflı www.topuniversities.com/university-rankings/top-50-under-50/2018 səhifəsindən tanış olmaq olar.

 

Dünyanın ən gənc universitetləri

 

yuxarı ⤴