1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Fransada yay məktəbindən qayıdan UFAZ tələbələri ilə görüş
21.07.2017 / No27

 
 

 

 


İyulun 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbindən qayıdan Fransa-Azərbaycan Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.

UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov Strasburq Universitetində tələbələrin gördükləri işlər, iştirak etdikləri görüşlər və tədbirlərlə bağlı hesabatla çıxış edib. Daha sonra UFAZ-ın nümayəndə heyətinin 2 həftə ərzində Strasburq Universitetindəki görüşlərini və fəaliyyətini əks etdirən foto təqdimat nümayiş olunub.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı Fransanın Strasburq Universitetində təşkil olunmuş yay məktəbində tələbələrin 2 həftə ərzində qazandıqları təəssüratlarla maraqlanıb. Tələbələr gördükləri tədris prosesi və öyrəndikləri biliklər barədə fikirlərini bölüşüb və söhbət ediblər. M.Babanlı UFAZ-ın seçilmiş tələbələrinin Azərbaycanı layiqincə təmsil etdiklərinə görə məmnun olduğunu qeyd edib.

Sonda rektor, professor M.Babanlı tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, UFAZ-ın 40 tələbəsi iyulun 2-dən 16-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edib.

 

yuxarı ⤴