1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin baza məktəbi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
23.07.2016/№28

 

 


Ümumi təhsil sahəsində nəzəri ideyaların, pedaqoji yeniliklərin və innovativ layihələrin təcrübədə reallaşdırılması, tələbələrin pedaqoji bacarıqlarının formalaşdırılması üzrə eksperimentlərin aparılıb nəticələrin qiymətləndirilməsi və müvafiq inkişafyönlü təkliflərin hazırlanması istiqamətində pedaqoji ali məktəblərlə ümumi təhsil müəssisələrinin işgüzar əməkdaşlığının təmin olunmasına etibarlı zəmin yaratmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 13.5-ci bəndini əsas tutaraq
 

ƏMR EDİRƏM:

1. Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin baza məktəbi hesab edilsin.
2. Azərbaycan Dövlət Pedaqoji Universiteti (C.Cəfərov) 7 nömrəli tam orta məktəbin rəhbərliyi ilə birlikdə:
2.1. həyata keçirilməsi nəzərdə tutulan pedaqoji eksperimentləri və qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətlərini əhatə edən Fəaliyyət planı hazırlayıb yerinə yetirilməsini təmin etsinlər;
2.2. əmrlə əlaqədar müəssisələrin nizamnamələrində müvafiq dəyişikliklər aparsınlar;
2.3. görülmüş işlər barədə hesabatlar hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etsinlər.
3. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev), Bakı Şəhəri üzrə Təhsil İdarəsi (M.Vəliyeva) eksperimentlərin müəyyənləşdirilməsi, təşkili və nəticələrinin qiymətləndirilib tətbiqində həmin müəssisələrin rəhbərliyinə təşkilati-pedaqoji köməklik göstərsinlər.
4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
20 iyul 2016-cı il

 

yuxarı ⤴