1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Sərbəst güləşçilərimiz komanda hesabında Avropa ikincisi olublar
23.07.2016/№28

 

 

 


İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, çempionatın ilk iki günündə sərbəst güləş üzrə yarışlar keçirilib və qaliblər müəyyənləşib. Yığma komandamızın üzvləri 1 qızıl, 3 gümüş və 7 bürünc medal qazanıblar.
Qızıl medalı yığma komandamıza Mahir Məmmədzadə (42 kq) qazandırıb. Maqomedsalix Abakarov (42 kq), Djopua İnal (63 kq) və Rəşad Yusifli (76 kq) final görüşündə uduzaraq gümüş medala yiyələniblər. Bürünc medalları isə Əsgər Məmmədəliyev (46 kq), İntiqam Vəlizadə (50 kq), Sabutay Əmişov (54 kq), Qadjimurad Qadjiyev (63 kq), Abubakr Abakarov (69 kq), Əli Əminzadə və Asxab Həmzətov (hər ikisi 100 kq) qazanıblar.
Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında Rusiyadan sonra ikinci pillədə tamamlayıb.
 

yuxarı ⤴