1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 20.01.2017

// 20.01.2017



Basketbol üzrə Azərbaycan yığması Avropa çempionu olub
23.07.2016/№28

 

 


On səkkiz yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının “C” divizionunun qalibi olub. AZƏRTAC xəbər verir ki, San-Marinoda keçirilən yarışın final matçında yığmamız Andorraya qalib gəlib.
Son çempion Andorra ilə qrup mərhələsində də qarşılaşan Tahir Baxşıyevin yetirmələri finalda rəqibdən güclü olaraq 74:57 hesabı ilə qələbə qazanıblar. Qeyd edək ki, millimiz turnirdə keçirdiyi 5 oyunda dörd qələbə qazanıb. Qrupda Andorraya məğlub olan yığmamız, Cəbəllütariq və Monakoya qalib gəlib. Komandamız yarımfinalda Kosovodan üstün olub.

yuxarı ⤴