1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Məktəblilərimizin növbəti olimpiada uğuru
28.07.2017 / No28

 
 

 

 


12-22 iyul 2017-ci il tarixlərində Braziliyada 58-ci Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib. 112 ölkədən 600-dən çox şagirdin iştirak etdiyi olimpiadada azərbaycanlı məktəblilər ölkəmizi uğurla təmsil ediblər. Belə ki, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin IX sinif şagirdləri Ramil Cəbiyev, Anar Rzayev, X sinif şagirdi Anar Abbaslı, Gəncə şəhər 26 nömrəli tam orta məktəbin eksperimental pilot sinfinin XI sinif şagirdi Mirəli Əhmədli bürünc medal qazanıblar.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Murad Ağazadə və akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdi Emil Qasımov olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüblər.

Qeyd edək ki, bu, 2011-ci ildən sonra Beynəlxalq Riyaziyyat Olimpiadasında qazanılan ən yaxşı nəticədir.

Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesini təkmilləşdirməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində prosesə cəlb edilib.
 

yuxarı ⤴