1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Rəsmi xronika
28.07.2017 / No28

 

 

 


* İyulun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Ölkə başçısı İlham Əliyev iyulun 26-da Alı İbrahim oğlu Qocayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* İyulun 25-də Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.

* İyulun 25-də ölkə başçısı İlham Əliyev Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinskiyə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

* Dövlət başçısı İlham Əliyev iyulun 24-də Bakı şəhəri Xəzər rayonunun Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

* İyulun 24-də ölkə başçısı İlham Əliyev Liberiya Respublikasının Prezidenti xanım Ellen Conson-Serlifə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

* Prezident İlham Əliyev iyulun 24-də Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21-22 iyul tarixlərində Rusiya Federasiyasında işgüzar səfərdə olub. İyulun 21-də dövlət başçısı İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşüb.

* İyulun 21-də Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda balıqyetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub. Ölkə başçısı İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin, “Pirallahı” Günəş Elektrik Stansiyasının açılışlarında, “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq “CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib, daha sonra qəsəbənin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək layihələrlə tanış olub.

* Dövlət başçısı İlham Əliyev iyulun 21-də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

* İyulun 21-də ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

* Dövlət başçısı İlham Əliyev iyulun 21-də “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 836 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

* Prezident İlham Əliyev iyulun 21-də “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.
 

yuxarı ⤴