1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





AMEA Yüksək Texnologiyalar Parkında görüş
28.07.2017 / No28

 

 

 


Parkın imkanlarından geniş şəkildə istifadə etmək məqsədilə layihələr həyata keçiriləcək


İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar (YT) Parkı ilə tanışlıq məqsədi ilə tədbir keçirilib.

Tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov iştirak edib.

Öncə AMEA Təcrübə-Sənaye Zavodunun və “Millers-Oils Azərbaycan” MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Sonra tədbir iştirakçıları pilotsuz uçan aparatların istehsal sahələri, AMEA YT Parkın Mərkəzləşdirilmiş analitik laboratoriyası, o cümlədən Radio ekoloji monitorinq sistemi ilə yaxından tanış olublar.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Mühəndislik Universiteti (BMU) və Bakı Ali Neft Məktəbinin bakalavriat və magistrantlarından ibarət qrupların yaradılaraq AMEA YT Parkda perspektiv layihələrə cəlb edilməsi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Tədbirdə çıxış edən Akademiyanın prezidenti Akif Əlizadə AMEA və BMU arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, yaxın vaxtlarda Biznes İnkubasiya Mərkəzinin fəaliyyətə başlayacağını diqqətə çatdıraraq, Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq sayəsində mühüm nailiyyətlər əldə olunacağına əminliyini ifadə edib.

Təhsil naziri Mikayıl Cabbarov elm və təhsilin inteqrasiyasının, bu sahədə həyata keçirilən islahatların ölkəmizin davamlı inkişafındakı rolundan danışıb. Hazırda biliklərin kommersiyalaşdırılması, istedadlı gənclərin biznes ideyalarının dəstəklənməsi istiqamətində bir sıra işlər görüldüyünü qeyd edən təhsil naziri elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platforması kimi YT Parkın imkanlarından geniş şəkildə istifadə etmək məqsədilə layihələr həyata keçiriləcəyini vurğulayıb.

Təhsil Nazirliyi ilə YT Park arasında əməkdaşlıq mexanizmini müəyyənləşdirmək üçün İşçi Qrupunun yaradılacağını əlavə edən Mikayıl Cabbarov iki qurumun gələcəkdə də birgə əməkdaşlığının vacibliyini vurğulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru Vüqar Babayev çıxış edərək elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platforması kimi Yüksək Texnologiyalar Parkının imkanlarından danışıblar.
 

yuxarı ⤴