1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
UFAZ-a qəbul imtahanı keçirilib
28.07.2017 / No28

 
 

 

 


İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransa-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov, Strasburq Universitetinin prorektoru Filip Turek, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov və KİV nümayəndələri imtahan prosesini izləyiblər.

Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500-dən çox bal toplayan 428 nəfər abituriyent UFAZ-a qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. UFAZ-da 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

İki saat davam edən imtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb, ingilis dilində qrammatik çalışma və esse yazıblar.

İmtahan nəticələri iyulun 28-də elan olunacaq.

Ötən tədris ilində 141 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 21 nəfəri isə ödənişli əsaslarla təhsil alır.

UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) alacaqlar.

Sonda imtahan prosesini izləyən Strasburq Universitetinin nümayəndələri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
 

yuxarı ⤴