1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





166 nömrəli məktəb-lisey çempion oldu
28.07.2017 / No28

 
 

 

 


Paytaxt məktəblilərinin “Yay məktəbi” çərçivəsində təşkil olunmuş futbol yarışı başa çatıb.

İyulun 27-də “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”ndə iştirak edən şagirdlər arasında futbol üzrə yarışların final mərhələsi keçirilib.

Final oyunlarını təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov, “Məktəblinin dostu” pilot layihəsinin rəhbəri Rüstəm Ağayev və “Yay məktəbi”nin iştirakçıları izləyiblər.

Yarışlara 3 həftə ərzində Bakı şəhəri üzrə “Yay məktəbi”nin əhatə etdiyi 18 ümumi təhsil müəssisəsinin V-VI sinif şagirdlərindən ibarət futbol komandaları qatılıb.

Seçmə yarışların nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57, 95, 194 nömrəli tam orta məktəblərin və 166 nömrəli məktəb-liseyin komandaları finala yüksəliblər. Final qarşılaşmalarında 166 nömrəli məktəb-liseyin komandası I, 57, 95 və 194 nömrəli məktəblərin komandaları isə müvafiq olaraq II, III, IV yerləri tutublar.

Yarışlarda I yerə layiq görülən komandaya kubok, medal, sertifikat, II yeri qazanan komandaya medal və sertifikat, III yeri tutan komandaya isə sertifikat təqdim olunub.

Qeyd edək ki, “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır. “Yay məktəbi” iyulun 3-dən 28-dək V-VI, avqustun 1-dən 31-dək isə VII-VIII sinif şagirdləri üçün nəzərdə tutulur. Bu müddətdə 1000-dən çox şagird üçün təlim, seminar, informativ sessiya, idman yarışları və əyləncəli saatların təşkil olunması planlaşdırılır.
 

yuxarı ⤴