1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Uşaqlarda ətraf mühitə qarşı rəğbət hissi formalaşdırılır
28.07.2017 / No28

 
 

 

 


Qəbələ rayonunda “Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində “Zubrları təbiətimizə qaytaraq!” adlı növbəti ekoloji yay düşərgəsi keçirilib. IDEA İctimai Birliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin iştirakı ilə təşkil edilən düşərgədə Qəbələ rayonunun Bunud, Vəndam, Tüntül, Yengicə, Nohurqışlaq, Əmirvan, Bılıx, Topbağ və Məlikli kəndlərinin məktəbliləri iştirak edib.

Yay düşərgəsinin əsas məqsədi zubrların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onlarda məktəb yaşlarından ətraf mühitə, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

Düşərgə zamanı iştirakçılar zubrların həyat tərzi, reintroduksiya olunacağı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edərək, bu nadir növün zəngin təbiətimizə qaytarılması məqsədilə həyata keçirilən reintroduksiya layihəsi haqqında seminarlarda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər. Məktəblilər Yengicə kəndinə ekskursiya zamanı zubrların həyat tərzi ilə yaxından tanış olublar.

Azərbaycanın zəngin təbiətində əsrlər boyu məskunlaşan zubrların son fərdlərinə keçən əsrin sonlarında Qafqaz dağının ətəyində rast gəlinib. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən həyata keçirilən araşdırmaların nəticəsi olaraq, təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb. Bundan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən zubrların reintroduksiyası ilə bağlı birgə layihəyə başlanıb. Layihə çərçivəsində Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilməkdədir.
 

yuxarı ⤴