1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
İnternat məzunu olan gənclərlə bağlı yeni layihə
28.07.2017 / No28

 
 

 

 


Bakının Nizami rayonundakı 12 nömrəli tam orta məktəbdə “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin “İnternat məzunu olan gənclərə davranış qaydaları və etik normalarının təbliği” layihəsi çərçivəsində təlimlərə start verilib.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Quba 1 nömrəli xüsusi internat məktəbi, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evi, Sabunçu rayonu 1 nömrəli xüsusi internat məktəbi və Xətai rayonu 3 nömrəli uşaq evindən məzun olan gəncləri bir yerə toplayaraq davranış qaydalarının, vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliği, onların dünyagörüşünün artırılması məqsədilə tarixi, maddi-mədəniyyət abidələrinə, diyarşünaslıq muzeylərinə ekskursiyalar təşkil etmək, maarifləndirici təlimlər keçməklə onların müstəqil həyata inteqrasiyasına kömək göstərməkdir.

Təlimin ilk günü iştirakçılara internat uşaqları ilə bağlı ölkəmizdə həyata keçirilən çoxsaylı tədbirlərdən danışılıb.

Təlimçi Şahin Rəcəbov davranış qaydaları və etik normaların çoxsaylı komponentlərindən məlumat verib. Birliyin sədri Araz Əhmədov internat və uşaq evlərində böyüyüb təhsil alan gənclər haqqında cəmiyyətdə olan stereotiplərin dağıldığını və pozitiv fikrin formalaşdığını, təşkilatın faydalı kadr bazası hazırladığını söyləyib.

Sonra iştirakçılar Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyaya gediblər.

Təlimin ikinci günündə gənclər “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğunda Qız qalası və Şirvanşahlar sarayının tarixi haqqında ətraflı məlumatlar alıblar.

Təlimlər iki həftə davam edəcək.

yuxarı ⤴