1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Qəbələ Peşə Məktəbinin müəllim və şagirdləri üçün təlim keçirilib
28.07.2017 / No28

 

 

 


Qəbələ Peşə Məktəbinin müəllim və şagird heyətinin Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) və yaxın rayonlara praktik təlimlərin keçirilməsi ilə bağlı üçgünlük səfəri təşkil edilib. Səfər Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyi, “Böyük Qafqaz Landşaftında Torpaq və meşələrin davamlı idarəolunması” layihəsi və ADAU-nun təşkilatçılığı ilə keçirilib.

Səfər zamanı universitetin aqronomluq fakültəsinin aqrokimya və torpaqşünaslıq kafedrasının müdiri Arif Hüseynov laboratoriyada olan müasir cihaz və qurğular haqqında ətraflı məlumat verib.

Daha sonra iştirakçılara kənd təsərrüfatı texnikaları, dənli bitkilərin seleksiyası, yeni taxıl sortları, bitkiçilik və müasir bitkilərin diaqnostikası ilə bağlı təlimlər keçirilib.

Səfər çərçivəsində Samux rayonunda inşa edilən müasir hidroponika üslublu istixana ilə tanışlıq olub. İştirakçılara istixananın qazanxanası, gübrə tankerləri və avtomatlaşdırılmış dozalayıcı qurğular, mikroiqlimi kontrol edən cihazlar, kompüter sistemi, suvarma, aerozol, gübrələmə sistemi barədə məlumat verilib. Həmçinin iştirakçılar mikrobiologiya laboratoriyasında mövcud olan cihaz və avadanlıqlarla tanış edilib, xəstəliyə yoluxmuş heyvanların müayinəsi, onlardan qan analizlərinin götürülməsi və xəstəliyin diaqnozu ilə bağlı məlumatlandırılıblar.

Digər təlim isə ADAU-nun pomidor becərilən istixanasında keçirilib və burada soeks markalı elektron nitratester cihazının iş prinsipi iştirakçılara əyani nümayiş etdirilib.

Sonra Göygöl Milli Parkına səfər edilib, mövcud biomüxtəliflik və ekoloji tarazlıq haqqında iştirakçılara praktik təlim təşkil olunub.

Təlimin sonunda iştirakçılar Gəncə şəhərinin tarixi abidələrini və dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

yuxarı ⤴