1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Kompüter mühəndisliyi ixtisası üzrə mütəxəssis hazırlığı birgə aparılacaq
28.07.2017 / No28

 
 

 

 


Şakir CƏFƏROV

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. ADNSU-nun rektoru, professor Mustafa Babanlı və LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun imzaladıqları sənədə uyğun olaraq, hər iki universitetdə Kompüter mühəndisliyi ixtisası üzrə mütəxəssis hazırlığı birgə aparılacaq.

Müqaviləyə əsasən, ADNSU və LDU-da tədrisin vahid proqram əsasında həyata keçirilməsi, universitetlər arasında müəllim və tələbə mübadiləsinin aparılması, digər ixtisaslar üzrə tədris olunan fənlərin məzmunları uyğun gəldiyi halda qazanılan kreditlərin qarşılıqlı tanınması və birgə ikili diplom proqramının reallaşdırılması nəzərdə tutulub.
 

yuxarı ⤴