1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Tələbələr taxıl biçini kampaniyasında fəal iştirak edirlər
28.07.2017 / No28

 
 

 

 


Azərbaycan Dövlət Aqrar Universitetində traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması üzrə təşkil olunan sürücülük kurslarını müvəffəqiyyətlə başa vurmuş və sürücülük vəsiqəsi əldə etmiş tələbələrdən bir qrupu Samux rayonunun ərazisində yerləşən taxılçılıq təsərrüfatlarına göndərilib. Məqsəd taxıl biçini prosesində yaxından iştirak etməklə universitetdə əldə olunmuş praktik bilik və bacarıqların daha da möhkəmləndirilməsi, istehsalatda tətbiq olunan yeni texnika və texnologiyaların idarə edilməsinin mənimsənilməsidir.

Kampaniyaya fəal qoşulan tələbələr müasir texnologiyalarla təchiz olunmuş təsərrüfatlarda biçin prosesində birbaşa iştirak edir, istifadə olunan texnikaların texniki göstəricilərini nəzərdən keçirirlər.

Qeyd etmək lazımdır ki, universitetdə yalnız dövlət sifarişi əsasında tələbə qəbulu aparılan ixtisaslardan biri “aqromühəndislik” ixtisasıdır. Həmin ixtisas üzrə təhsil alan tələbələr təhsil haqqından azad olmaqla yanaşı aylıq təqaüdlə təmin olunurlar.

 

yuxarı ⤴