1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 20.01.2017

// 20.01.2017



Azərbaycan dilindən dərs nümunəsi
30.07.2016/№29

Şəkil 1

Şəkil 2

Şəkil 3

Şəkil 4

Şəkil 5

Şəkil 6

Şəkil 7

Şəkil 8

Şəkil 9

Şəkil 10

 

 


Səməngül MURADOVA,
Bakı şəhəri, E. Məmmədov adına 21 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Fənn: Azərbaycan dili
Sinif: III
Mövzu: “Fitnə”
Standart:
1.2.2. Dialoji nitqində situasiyaya uyğun etiketlər seçir və mövzu ilə bağlı fikirlərini bildirir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və tələffüz qaydalarını müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından istifadə edir.
Məqsəd:
1. Debat zamanı mövqeyini müdafiə etmək üçün öz səviyyəsinə uyğun arqumentlər seçir.
2. Əsərdəki hadisələrin və qəhrəmanların hərəkətinin səbəbini müəyyənləşdirir.
3. Mətndən verilmiş illüstrasiyaya uyğun hissəni tapır və üzündən danışır.
4. Əsər qəhrəmanlarının xarakteri və hərəkətlərini həyat haqqında düşüncələri ilə uzlaşdıraraq fikir yürüdür.
5. Verilmiş sözlərə uyğun mürəkkəb sözlər yaradır.
İş üsulu: anlayışın çıxarılması, debat, müzakirə, rollu oyun.
İş forması: kollektiv iş.
İnteqrasiya: Həyat bilgisi, təsviri incəsənət, texnologiya, ədəbiyyat.
Resurslar:
Dərslik, kompüter, proyektor, şəkillər, “ideyalar xalısı”
Dərsin gedişi:
Salamlaşma. Sinfin təşkil olunması.
1. Motivasiya:
“Fitnə” sözünü almaq üçün əvvəlcədən lövhədən həmin hərflərlə başlayan 5 şəkil asıram. Bu hərfləri əvvəlcədən hazırlayıram. Uşaqlara şəkilləri seçərək baş hərflərini demələrini tapşırıram. Sonra həmin hərfləri ardıcıl düzərək alınan sözü oxumalarını təklif edirəm. Alınan söz “Fitnə” olur. (Şəkil 1)
Mən dərsimizin mövzusunun “Fitnə” olduğunu deyirəm. Sonra “Fitnə” cizgi filmini təqdim edirəm. Cizgi filmi bitəndən sonra “Fitnə” obrazını əks etdirən slayd göstərirəm. Uşaqların nəzərini həmin slaydda yazılmış “Yeddi gözəl” sözünə yönəldirəm. (Şəkil 2)
Müəllimin interaktiv əlavəsi:
- “Fitnə” Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bir parçadır.
Uşaqlara belə bir sual ünvanlayıram:
- Şairin adı sizə haradan tanışdır?
Şagirdlərə keçmiş mövzuları xatırlamaqda kömək edirəm.
Slaydda göstərilən bir neçə şairin şəkilləri arasından Nizami Gəncəvinin portretini seçmələrini təklif edirəm. (Şəkil 3)
Nizami Gəncəvinin adı verilmiş müxtəlif obyektləri (Nizami muzeyi, Nizami metro stansiyası, Nizami adına kinoteatr və s.) nümayiş etdirirəm.
Kitabxanadan götürdüyüm “Xəmsə” toplusunu uşaqlara göstərərək onların da kitabxanaya müraciət edib həmin topludakı əsərləri oxumalarını tövsiyə edirəm.
Uşaqları Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə qısa şəkildə tanış edirəm. Qeyd edirəm ki, 1141-ci ildə Gəncədə anadan olan şairin əsl adı İlyasdır, Nizami onun təxəllüsüdür və şeir, nəzm yazan mənasını ifadə edir. O, öz Xəmsəsi ilə dünyada məşhur olmuşdur. “Xəmsə” beşlik deməkdir ki, bura beş poema daxildir. O, 1209-cu ildə Gəncədə dünyasını dəyişmişdir. (Şəkil 4)
2. Tədqiqat sualı:
Tədqiqat üçün belə bir sual müəyyənləşdirirəm:
- Sevimli qəhrəmanınızın haqlı olduğunu necə sübut edərdiniz?
- Kim özünü hər hansı bir sahədə məharətli, istedadlı sayır və bu məharətləri siz necə əldə etmisiniz?
3. Tədqiqatın aparılması
Kollektiv işdə tədqiqat sualı ətrafında araşdırmalar aparılır. Bu mərhələdə düzəltdiyim yeni “İdeyalar xalısı” adlı tapşırıq vərəqi göstərilir. Xalça rəngarəng olduğundan mən 7 rəngli vərəqi şagirdlərə paylayaraq fikirlərini onun üzərinə yazmağı tapşırıram. Sonra həmin vərəqləri xalıya ardıcıl yapışdırmalı olduqlarını bildirirəm. Burada yazılan fikirlərin sübut və faktlara əsaslanmalı olduğunu söyləyirəm.(Şəkil 5)

Tapşırıq 1
Debat üçün sual belədir:
-Fitnə öz taleyi ilə barışacaq.
-Fitnə çalışacaq ki, Bəhram şaha özünün haqlı olduğunu sübut etsin.
-Kim haqlıdır? Fitnə, yoxsa Bəhram şah?
Tapşırıq 2
“Ceyran ovu” illüstrasiyasını təqdim edirəm:
-Fitnə hekayəsindən “Ceyran ovu” illüstrasiyası üzrə alqoritmi gözləməklə danışın.(Şəkil 6)

Tapşırıq 3
Fitnə Bəhram şahın şücaətini tərifləməkdənsə, bildirdi ki, şahın bacarığı məharətdən deyil, vərdişdəndir.
-Aşağıdakı şəkillərdən hansı Fitnənin bu hərəkətinin nəticəsini göstərir? Həmin şəkli rəngləyin.(Şəkil 7)
Tapşırıq 4
Şah papağını simvolik olaraq düzəldib, bir hissəsini Fitnə ilə birlikdə rollu oyun kimi nümayiş etdirməsini tapşırıram.(Şəkil 8)
Tapşırıq 5
Əvvəlcədən hazırladığım “Səbəb və nəticə” cədvəlini doldurmağı tapşırıram.


Səbəb Nəticə
1. Bəhram şah Fitnəyə
qəzəbləndi
2. Nökər onu
öldürmədi
3. Fitnə özünü haqlı sayır

Məlumatın mübadiləsi və müzakirəsi:
Şagirdlərə verilmiş tapşırıqların nəticələri müzakirə olunur, fikir mübadiləsi aparılır, hər bir kəs öz qəhrəmanının haqlı olduğunu müxtəlif cəhətdən səciyyələndirir. Mən də öz təkliflərimi verərək cavabları daha da dəqiqləşdirirəm.
Nəticə:
1. Əslində, məharətlər uzunmüddətli məşqlərin, vərdişlərin əsasında formalaşır. Bəhram şah Fitnənin tərifinə nail olmadığı üçün səbirsizlik edərək səhv qərar qəbul edir.
2. Fitnə də daha ağıllı hərəkət edə bilərdi. O, da şahın bu hünər və məharətini tərifləməkdə xəsislik etməməli idi. Laqeydlik göstərməklə o, özünə pislik etmiş olur.
Dərslik üzrə iş: (səhifə 86-87)
Mətn üzündən hissələrlə oxunur. Mövzuya uyğun olan atalar sözləri, bayatılar söylənilir. Rübənd, təpəl buzov sözləri yeni söz kimi izah edilir.
6. Yaradıcı tətbiqetmə:
Mən smayl şəkilləri paylayıram, “baş” sözünə uyğun bir neçə yeni mürəkkəb sözlər yaratmağı, yeni yaratdıqları sözləri ora yazmağı tapşırıram.(Şəkil 9)

7. Qiymətləndirmə:
Təqdimatlara əsasən kollektivin işini dərs prosesinin sonunda aşağıdakı meyarlar əsasında qiymətləndirirəm.


МЕЙАР Fitnə Bəhram şah
Baxdığı cizgi filmi üzrə nəticə çıxarır.
Əsərin qəhrəmanlarına münasibət bildirir.
Əməkdaşlıq.

Ən fəal uşaqlara isə xüsusi hazırladığım “5”qiymətini təqdim edirəm.(Şəkil 10)
Ev tapşırığı:
Evə: a) “Göz” sözünə aid mürəkkəb sözlər yazıb, cümlədə işlətməyi; b) “Fitnə” mətnini üzündən oxuyub danışmağı tapşırıram.


 

yuxarı ⤴