1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Məktəblilərə sertifikatlar verilib
04.08.2017 / No29

 
 

 

 


Paytaxt məktəblərinin V-VI sinif şagirdləri üçün təşkil olunan “Yay məktəbi” başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində reallaşdırılan “Yay məktəbi”ndə fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.

“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.

Bakı məktəblərinin V-VI sinif şagirdləri “Yay məktəbi”ndə iyulun 3-dən 31-dək iştirak ediblər. “Yay məktəbi” zamanı 600-ə yaxın şagird üçün maarifləndirici tədbirlər, xarici dil məşğələləri, intellektual oyunlar, idman yarışları, muzeylərə ekskursiyalar təşkil olunub. Məktəblilər musiqi, rəqs və rəsm dərslərinə qatılıb, filmlər izləyiblər.

“Yay məktəbi”nə hazırda 400-dən artıq VII-VIII sinif şagirdi qatılıb. Onlar üçün avqustun 1-dən 31-dək təlim, seminar, informativ sessiya, əyləncəli oyun və idman yarışlarının təşkil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir.
 

yuxarı ⤴