1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Rəsmi xronika
04.08.2017 / No29

 

 

 


* Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən, Zaqatala və Qax rayonlarında səfərdə olub. Dövlət başçısı hər üç rayonda bir sıra sosial və iqtisadi yönümlü obyektlərin, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaxda inşa olunmuş 180 yerlik körpələr evi-uşaq bağçasının açılışlarında iştirak edib, bəzilərində isə yaradılan şəraitlə tanış olub.

* Prezident İlham Əliyev avqustun 2-də yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib.

* Avqustun 2-də ölkə başçısı İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı İlham Əliyev avqustun 2-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Ölkə başçısı İlham Əliyevin 2 avqust 2017-ci il tarixli sərəncamı ilə 1990-cı il 20 Yanvar hadisələri nəticəsində həlak olmuş Ağayev Şövkət Həsənoviçə “20 Yanvar Şəhidi” fəxri adı verilib.

* Ölkə başçısı İlham Əliyev avqustun 1-də Vüqar Rafik oğlu Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

* Avqustun 1-də dövlət başçısı İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnardı qəbul edib.

* İyulun 31-də Prezident İlham Əliyev Burkina Faso dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amadou Dikonun etimadnaməsini qəbul edib.

* Ölkə başçısı İlham Əliyev iyulun 31-də Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

* İyulun 31-də dövlət başçısı İlham Əliyev Xızrı İsayeviç Şıxsəidovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev iyulun 31-də Çingiz Aşralı oğlu Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* İyulun 31-də ölkə başçısı İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların, 2 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncamlar imzalayıb.

* Prezident İlham Əliyev iyulun 31-də “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

* Prezident İlham Əliyev iyulun 31-də Hindistan Respublikasının Prezidenti Ram Nat Kovində Prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

yuxarı ⤴