1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Veb-dizayner” ixtisası üzrə şagird qəbulu elan edilir
04.08.2017 / No29

 

 

 


2017-2018-ci tədris ilindən dövlət-biznes partnyorluğu çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi STEP IT Academy ilə birgə “Veb-dizayner” ixtisası üzrə kadr hazırlığına başlayır.

Məzunlar təhsil müddəti 1 il olan “Veb-dizayner” ixtisası üzrə pulsuz təhsil alaraq yerli və beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi yetişmək imkanı qazanacaqlar. Təhsillərini müvəffəqiyyətlə başa vurmuş məzunlara beynəlxalq səviyyəli diplom veriləcəkdir.

Seçimlərdə tam orta təhsilli şəxslər iştirak edə bilər. Seçimlərdə dövlət hesabına ilk peşə-ixtisas təhsili almış şəxslər iştirak edə bilməzlər.

Ərizələrin qəbulu “ASAN xidmət” mərkəzlərində aparılacaq.

“ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə də sənəd qəbulu davam edir.

Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

Ərizələrin qəbulu avqustun 22-dək “ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada aparılır.
 

yuxarı ⤴