1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Təhsil naziri vətəndaşları qəbul edib
04.08.2017 / No29

 
 

 

 


Təhsil naziri Mikayıl Cabbarov Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyul və avqust aylarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq bölgələrdə vətəndaşları qəbul edib.

Qəbullardan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.

İyulun 31-də Mikayıl Cabbarovun Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinləri və bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Avqustun 1-də isə təhsil naziri Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayonlarının sakinlərini və bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətlərini dinləyib.

Hər iki qəbulda vətəndaşlar əsasən müəllimlərin yerdəyişməsi və işə qəbulu, direktorların işə qəbulu, işə bərpa olunma, tələbə köçürülməsi, təhsil sənədinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbullarda bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib, əksər məsələlər yerindəcə həllini tapıb.

 

yuxarı ⤴