1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Elm xəbərləri
04.08.2017 / No29

 
 

 

 


“Ağıllı” üzük şəhadət barmağını telefona çevirəcək

Yusif ƏLİYEV

Kickstarter kraudfaundinq platformasında sahibinin barmağını qarnitura çevirmək bacarığına malik “ağıllı”üzük üçün vəsait yığımı üzrə kampaniyaya start verilib.

Kifayət qədər böyük üzükdən ibarət Orii adlı qurğu şəhadət barmağına taxılır və Bluetooth-un köməyi ilə smartfonla sinxronlaşdırılır.

Üzüyün işi sümük keçiricilik qabiliyyətinə əsaslandırılmışdır. Belə ki, zəng daxil olduqda Orii-nin sahibinə barmağını qulağına qoymağı kifayətdir, sonra o, həmsöhbətini eşidəcək. Bu halda hətta güclü səs-küy olarsa belə, yaxşı eşidilmə təmin olunur.
www.hitech.newsru.com  saytının verdiyi məlumata görə, üzük, həmçinin Siri və Google Now səs köməkçilərinin xidmətlərindən istifadə etməyə imkan verir. Smartfonu cibdən çıxartmadan, Orii-in iOS və Android üçün nəzərdə tutulmuş proqramının köməyilə üzüyə xəbərdarlıqların göndərilməsini təmin etmək mümkündür. Bildiriş qurğuya inteqrasiya edilmiş LED-indikator vasitəsilə qəbul olunur. Orii-nin avtonom iş vaxtı gözləmə rejimində 45 saat təşkil edir.

Layihə kraudfaundinq platformasında minimum 30 min dollar lazım olduğu halda 135 min ABŞ dolları yığmışdır. Kampaniya avqustun sonuna kimi davam edəcək, Orii-in sifarişçilərə çatdırılmalarına isə 2018-ci ilin fevralında başlanılacaq. Kickstarter-də bir üzüyün dəyəri 119 dollar təşkil edir.

Qeyd edək ki, Orii ilk belə qurğu deyil. Ötən ilin payızında oxşar funksionallığa malik olan Sgnl qolbağının istehsalı üçün Kickstarter-də kifayət qədər məbləğ yığılmışdır.


Robot-tozsoran mənzil haqqında məlumat verəcək

Yüksəkixtisaslı mütəxəssislərin fikrinə görə, robot-tozsoran mənzil haqqında məlumatları əldə etmək və ev sahibinə ötürmək üçün əla vasitədir.

Aparıcı şirkətlərin təqdim etdiyi müasir tozsoran modelləri Wi-Fi şəbəkəsinə asan qoşulur, sonra isə məlumatların toplanması və ötürülməsini həyata keçirir.

www.globalscience.ru  saytının verdiyi məlumata görə, “IRobot” şirkətinin aparıcı eksperti Kolin Enql qeyd edib ki, onların təqdim etdiyi avtomatlaşdırılmış tozsoranlar qəribə funksional qabiliyyətlərə malik unikal qurğulardır. Tozsoran informasiyanın toplanması və ötürülməsi ilə yanaşı, təmizləmə işlərini də mükəmməl şəkildə yerinə yetirir.

Yaxın gələcəkdə alimlər robot-tozsoranın köməyilə eksperimental tədqiqat keçirməyi də planlaşdırırlar.


iPhone 8-in təqdimatı təxirə salınıb

“Apple” şirkəti istifadəçilərin səbirsizliklə gözlədiyi yeni iPhone 8 smartfon modelinin təqdimatını oktyabradək təxirə salıb.

www.vistanews.ru  saytının məlumatında bildirilir ki, bunun səbəbi kimi qurğunun hazırlanmasında proqram təminatının simsiz enerjidoldurmaya uyğun gəlməməsi ilə əlaqədar yaranan nasazlıqlardır. Şirkətin bir aylıq təxirə salma müddətinin modernləşdirmə və nasazlıqların aradan qaldırılması işlərinə sərf edəcəyi ehtimal olunur.

Bildirilir ki, bundan əvvəl yeni qurğunun avqustda ənənəvi təqdimatda nümayiş olunacağı planlaşdırılsa da, iPhone 8 əvəzinə, iPhone SE modelinin nümayişi gözlənilir.

Ekspertlərin iPhone 8 smartfonunun, ümumiyyətlə, buraxılmayacağını proqnozlaşdırmalarına baxmayaraq iPhone SE modelinin dünyada, xüsusilə Hindistan bazarında populyarlıq qazanacağı güman olunur.

iPhone SE smartfonunda edilən dəyişikliklər arasında yaddaş tutumunun artırılması, eləcə də qiymətinin ucuzlaşdırılması qeyd olunur. Qurğunun əvvəlki qiyməti 489 avro nəzərdə tutulsa da, hazırda 399 avroya endirilib.


Hər gün 1 milyard insan WhatsApp-dan istifadə edir

WhatsApp messencerinin komandası növbəti rekordu haqqında məlumat verib. Onun bir günlük auditoriyası (proqramdan ən azı gündə bir dəfə istifadə edən insanların sayı) 1 milyarda çatıb. Beləliklə, planetdə hər 7-8-ci insan Facebook sosial şəbəkəsinə aid olan proqramın istifadəçisidir.

www.hitech.vesti.ru  saytının verdiyi məlumata görə, WhatsApp-da hər gün 55 milyard mətn mesajı, 4,5 milyard fotoşəkil və 1 milyard video göndərilir. Proqram 60 dildə əlçatandır.

Hələ il yarım öncə, 2016-cı ilin fevral ayında WhatsApp idarəçiləri messencerin auditoriyasının 1 milyarda çatdırılması haqqında danışırdılar. Bu gün isə artıq messencerin auditoriyası 1,3 milyard insandan ibarətdir.

Müqayisə üçün qeyd edək ki, Facebook-un digər xidmətlərinin aylıq auditoriyası belədir: Instagram - 700 milyon, Messencer - 1,2 milyard, Facebook sosial şəbəkəsi isə - 2 milyard.

Beləliklə, Mark Zukerberqin əsasını qoyduğu şirkət şəxsi kommunikasiyalar bazarında şübhəsiz dünya lideridir.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴