1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Paytaxt məktəbliləri Şəkidə yay istirahət düşərgəsində olublar
04.08.2017 / No29

 

 

 


Paytaxtın Nəsimi rayonunun məktəbliləri Şəkinin səfalı guşələrindən birində - “Cənnət bağı” istirahət mərkəzində yay istirahət düşərgəsində olublar. Nəsimi rayonu və Şəki şəhər icra hakimiyyətlərinin birgə layihəsi əsasında təşkil edilən “Gənc İlhamçılar” yay düşərgəsində təhsildə fərqlənən, həmçinin imkansız, əlil və şəhid ailələrindən olan 50 məktəbli iştirak edib.

Düşərgənin təşkilində əsas məqsəd məktəblilərin yay istirahətlərinin səmərəli keçməsini, onların sağlam böyüməsini, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək olub. Düşərgədə uşaqların istirahətinin mənalı keçməsi üçün hər cür şərait yaradılıb, maraqlı və əyləncəli proqram tərtib olunub.

Məktəblilər Şəkinin tarixi məkanları ilə tanış olmaq imkanı əldə ediblər. Şəki xan sarayına, “Yuxarı Karvansaray” mehmanxana kompleksinə, Kiş kəndindəki qədim alban məbədinə ekskursiyalar, həmçinin Şəki şəhərindəki Heydər Əliyev Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Məktəblilərin yay istirahət düşərgəsi iyulun 31-dək davam edib.
 

yuxarı ⤴