1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





LDU-nun ilk məzunları ilə görüş
04.08.2017 / No29

 
 

 

 


Lənkəran Dövlət Universitetində bu ali təhsil ocağının ilk buraxılış ilinin məzunları ilə görüş keçirilib. Ölkənin müxtəlif bölgələrində, müxtəlif sahələrdə çalışan məzunların bir araya gələrək 20 ildən sonra təhsil aldıqları doğma universitetlərini yad etmələri kövrək notlarla yaddaqalan olub.

Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov məzunlarla görüşüb. Rektor ölkənin ictimai-siyasi-mədəni həyatında fəal iştirak edən, fəaliyyətləri ilə LDU-nun adını yüksəldən, professor-müəllim heyətinin etimadını doğruldan, ölkə elminə töhfələrini verən məzunları doğma ocaqda gördüyündən məmnun olduğunu bildirib. Görüşdə LDU-da son illərdə aparılan əsaslı kadr islahatından, elmi-texniki, tədris bazasının yenilənməsindən, tədris və imtahan prosesində şəffaflıq mühitinin yaradılmasından söz açılıb, keçirilən beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdən, qarşıda duran perspektivlərdən danışılıb, gənc alimlər elmi əməkdaşlığa dəvət edilib.

Sonda məzunlar universitetin əməkdaşları ilə şəkil çəkdirməyi də unutmayıblar.
 

yuxarı ⤴