1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Universitetin Aqrokimya laboratoriyası fermerlərə də xidmət göstərir
04.08.2017 / No29

 
 

 

 


Azərbaycan Dövlət Aqrar Universitetində müasir aqrokimya laboratoriyası yaradılıb. Laboratoriya elmi-tədqiqat və tədris prosesi ilə yanaşı, region fermerlərinə də xidmət göstərir. Laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikroelementləri, torpağın aqrokimyəvi, bioloji, su-fiziki, hava və istilik xassələrini təyin etmək mümkündür.

Laboratoriyanın avadanlıqlarından səmərəli istifadənin təmin edilməsi və iş prosesinin fermerlərin tələblərinə uyğun qurulması məqsədilə universitetin aqronomluq fakültəsinin bir qrup əməkdaşı və tələbəsi Türkiyənin İğdır Universitetində, Bakı şəhərində Dövlət Fitosanitar Nəzarəti Xidmətində təcrübə keçib.

ADAU-nun əməkdaşları və tələbələri hazırda Kənd Təsərrüfatı Nazirliyi Göygöl Regional Aqrokimya Laboratoriyasında təcrübələrini artırmaq üçün müxtəlif analizlər aparırlar. Xüsusilə makroelementlərin, ümumi azotun təyin edilməsi üzrə analizlər həyata keçirilir.
 

yuxarı ⤴