1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Məktəb binası yeni dərs ilində istifadəyə veriləcək
04.08.2017 / No29

 
 

 

 


Abşeron rayonunun Masazır qəsəbəsindəki “Qurtuluş-93” yaşayış massivində iki min yerlik üçmərtəbəli məktəb binasında tikinti işləri yekunlaşmaq üzrədir. Məktəb binasının yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur.

6 ay əvvəl tikintisinə başlanılmış bina 90 sinif otağından ibarətdir. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Sahəsi 5 min kvadratmetr olan təhsil ocağı istilik sistemi ilə təchiz ediləcək, burada sinif fənn kabinetləri, kimya-biologiya laboratoriyaları, yeməkxana, idman zalı və kompüter otaqları fəaliyyət göstərəcək.

Hazırda rayonun bir sıra ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işləri aparılır, ehtiyac olan məktəblər üçün yeni sinif otaqları, tədris korpusları, idman və akt zalları, yeməkxanalar inşa olunur. Məktəblər lazımi avadanlıqlarla təchiz edilir, təhsil müəssisələrinin əraziləri abadlaşdırılır.
 

yuxarı ⤴