1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Salyanın Kürsəngi kənd tam orta məktəbinin binası əsaslı təmir olunur
04.08.2017 / No29

 
 

 

 


624 şagird yerlik məktəb binası 1978-ci ildə tikilib. Ötən müddət ərzində məktəbdə bir dəfə də olsun təmir işləri aparılmadığından təhsil ocağı yararsız vəziyyətə düşüb. Bu da məktəbdə təlim-tərbiyə işinin yüksək səviyyədə təşkilində ciddi çətinliklər yaradırdı. Yaranmış vəziyyəti aradan qaldırmaq üçün ötən ilin sonlarında məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Artıq təmir işlərinin 50 faizindən çoxu görülüb. Binanın dam örtüyü, qapı-pəncərələri, su, elektrik xətləri dəyişdirilir, sinif otaqları, fənn kabinetləri, kitabxana, laboratoriya, akt və idman zalları və digər yardımçı tikililər yenidən qurulur. Binada yeni istilik sistemi quraşdırılır, iki su anbarı tikilir.

Təhsil ocağının ərazisi abadlaşdırılır və yaşıllıqlar salınır. Həyətdə müxtəlif idman qurğularının quraşdırılması nəzərdə tutulub. Məktəb yeni avadanlıq, inventar və əyani vəsaitlərlə təchiz olunacaq.
 

yuxarı ⤴